Qırğızıstan prezidentinin Azərbaycana səfəri zamanı üç sənəd imzalanacaq

Qırğızıstan prezidentinin Azərbaycana səfəri zamanı üç sənəd imzalanacaq
# 29 mart 2012 13:43 (UTC +04:00)
APA-nın Qırğızıstanın “KirTaq” informasiya agentliyinə istinadən yaydığı məlumata görə, səfər zamanı iki ölkə arasında ikiqat vergiqoymadan azad etmək, vergi qanunvericiliyinə riayət olunması məsələsində əməkdaşlıq, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq sazişləri imzalanacaq.

Xatırladaq ki, 30-31 martda gerçəkləşəcək səfər zamanı Almazbek Atambayevin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, Milli Məclisdə çıxışı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR