Gürcüstan parlamentində Avronest PA-nın üzvü olan ölkələrin iştirakı ilə beynəlxalq konfrans keçirilib – FOTO
31 mart 2012 13:59 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqaz ölkələri Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Ukrayna, Moldova, Litva, Polşa, Almaniya, Rumıniya və Fransadan gələn siyasi təşkilatların nümayəndələri iştirak edib. Azərbaycanı bu tədbirdə YAP-dan olan Milli Məclis deputatları Asəf Hacıyev, Məlahət İbrahimqızı və Gülcöhrə Məmmədova təmsil edib. Tədbiri “Avronest”-in vitse-prezidenti və Avropa Parlamentinin üzvü Jacek Sarynsz-Volski və Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri, Avronest Parlament Assambleyasında Gürcüstan nümayəndə heyətinin rəhbəri David Darçiaşvili açıblar.
Qeyd edək ki, mətbuat üçün qapalı olan tədbir barədə jurnalistlərə açıqlama verən David Darçiaşvili forumun işçi qrupları və regionlardan bu təşkilatda birləşən siyasi təşkilatların iştirakı ilə keçirildiyini və Avronest Parlament Assambleyasının plenar iclasına hazırlıq barədə fikir mübadiləsi aparıldığını bildirib.
David Darçaşvili “Avronest”ə üzv olan ölkələrin çox fəal olduğunu və bu ölkələrin təşkilatın yaranmasında uzun müddət çalışdıqlarını bildirib: ”Mən bu konfransın işçi qrupunun üzvü kimi deyə bilərəm ki, biz - Azərbaycan və Gürcüstan nümayəndələri çox sıx əməkdaşlıq edir və bir-birimizi qarşılıqlı surətdə başa düşürürük. Biz strateji tərəfdaşıq və eyni zamanda avroatlantik strukturlara tədricən inteqrasiya üçün birlikdə çalışırıq”.
Gürcüstan nümayəndə heyətinin rəhbəri Avronest PA-nın Bakıda keçiriləcək sessiyasında Ermənistan deputatlarının da iştirak edəcəyini deyib: “Erməni deputatların Bakıda keçiriləcək tədbirdə iştirakı vacibdir”.
Jurnalistlərin Bakıda keçiriləcək iclasda “Azərbaycan torpaqlarının işğalı barədə müzakirələr aparılacaqmı” sualını cavablandıran komitə sədri bu haqda söhbət açılacağını bildirib: “Biz bu mövzu barədə demək olar ki, hər görüşümüzdə söhbət açırıq. Lakin onu bildirim ki, Avronest elə bir struktur deyil ki, hansısa qərarlar qəbul etsin. Bu tədbir ilk addımdır ki, bir-birimizi başa düşmək üçün aramızda əlaqələri möhkəmləndirəcəyik”.
Azərbaycandan olan deputat Məlahət İbrahimqızı isə jurnalistlərə Bakıya səfər edəcək Ermənistan deputatlarının ehtiyat etdiklərini bildirib: “Mən bunu hiss edirəm. Cənubi Qafqazın inkişafı, əmin-amanlığı, stabilliyi, gələcək perspektivi bu üç ölkənin əməkdaşlığından asılıdır. Əməkdaşlıqda isə hansısa bir ölkə destruktiv mövqe tutanda bu əlbəttə ki, bölgədə problemlər yaradacaq. Lakin biz gələcəyə nikbin baxmalıyıq. Hər bir sülh danışıqlarla həyata keçirilməlidir. Qoy gəlsinlər. Erməni deputatların təhlükəsizliyinə Azərbaycan da, Avronest də təminat verib”.
Qeyd edək ki, aprelin 2-4-də Bakıda Avronest PA-nın ikinci sessiyası keçiriləcək. Sessiyada Bakı bəyannaməsinin qəbul olunacağı gözlənilir.

Xarici siyasət
İcma: “Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik”
12:41
13 oktyabr 2024
Niderland Parlamenti tərəfindən Azərbaycan əleyhinə qəbul edilən 2 qətnaməyə Bakı Təşəbbüs Qrupundan cavab verilib
12:26
13 oktyabr 2024
XİN: Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb
14:58
12 oktyabr 2024
Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
14:54
12 oktyabr 2024