Meksikada 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTOSESSİYA

Meksikada 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2012 10:11 (UTC +04:00)
Bakı – APA. Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Respublikasının 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbir zamanı 2012-ci ildə Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20 illik yubiley tarixi də qeyd edilib. Qəbula Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksikada yaşayan azərbaycanlılar, habelə türk, Ukrayna və yəhudi icmalarının üzvləri, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları qatılıb.

Açılış mərasimində hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra giriş sözü ilə çıxış edən səfir İlqar Muxtarov hər il mayın 28-də Azərbaycan xalqı tərəfindən şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq Azərbaycanın müasir dövrədək keçdiyi tarixi yoldan danışıb. Sovet İttifaqının 1991-ci ildə tənəzzülə uğradıqdan sonra Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyini xatırladan diplomat, hazırda ölkənin iqtisadi cəhətdən davamlı, demokratik və hüquqi dövlət quruluşu istiqamətində sürətlə inkişaf etdiyini söyləyib.

Səfir 2012-ci ildə Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini bildirərək Meksikanın Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən olduğunu diqqətə çatdırıb.

Sonra tədbirdə Meksika Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi, səfir Xose İqnasio Madraso çıxış edib. O, 2008-ci ildə Latın Amerikası regionunda ilk Azərbaycan səfirliyinin məhz Meksikada açılmasından sonra səfirliyin fəaliyyəti nəticəsində ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. X. İ. Madraso deyib ki, Azərbaycan və Meksika xarici işlər nazirləri arasında keçirilmiş görüşlər, habelə həyata keçirilmiş digər yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış sazişlər iki ölkə arasında əlaqələrin yeni müstəvidə inkişafına şərait yaradıb.

Qəbul zamanı qonaqlara Azərbaycanın çoxsaylı milli mətbəx nümunələri təqdim edilib, ölkənin tarixi, mədəniyyəti, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş olunub, Azərbaycanın xalq mahnıları səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR