Avropa Birliyinin prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək

Avropa Birliyinin prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək
# 01 iyun 2012 10:44 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.

Onun sözlərinə görə, bu, yüksək səviyyəli prezident səfərdir və AB prezidentinin Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq: “Bu, Avropa Birliyi prezidentinin regiona ilk səfəridir. Bu səfər göstərir ki, AB region ölkələri, o cümlədən Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir”.

Səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.

R. Kobia Avropa Komissiyasının prezidenti Manuel Barrozo və AB-nin Təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Ketrin Eştonun Dağlıq Qarabağ münaqişənin həllində AB-nin daha aktiv rol oynamaq istədiyini dəfələrlə bəyan etdiklərini xatırladıb.

“Yəqin ki, Herman van Rompey də həmin mesajları səsləndirəcək”, - deyə R. Kobia vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR