Romada “Azərbaycanda iqtisadi keçid və İtaliya ilə əlaqələr” mövzusunda konfrans keçirilib.

Romada “Azərbaycanda iqtisadi keçid və İtaliya ilə əlaqələr” mövzusunda konfrans keçirilib.
# 01 iyun 2012 22:31 (UTC +04:00)
Bakı-APA. İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərində “Azərbaycanda iqtisadi keçid və İtaliya ilə əlaqələr” mövzusunda konfrans keçirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri BMİ-nin prezidenti Stefano Silvestri açıb. Daha sonra BMİ-nin direktor müavini Natali Toççi, İngiltərənin Brayton Universitetinin professoru Jens Holşer, Xəzər Universitetinin dosenti Fikrət Paşayev çıxış edirlər.

Bundan əlavə, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan “UNICREDIT” bankı, “IRD Enginnering” və “Saipem” İtaliya şirkətlərinin nümayəndələri ölkəmizdə əldə etdikləri müsbət təcrübə, biznes mühiti və sərmayə qoyuluşu imkanları barədə tədbir iştirakçılarına məlumat veriblər.

Tədbir zamanı məruzəçilər tərəfindən Azərbaycanda müstəqillik əldə etdiyi son iyirmi il ərzində iqtisadi sahədə aparılmış islahatlar, əldə olunan uğurlar, xüsusən də, son dövrlərdə ölkə iqtisadiyyatında müşahidə edilən surətli artım barədə məlumat veriblər. Həmçinin ölkədə biznes mühiti və sərmayə qoyuluşu imkanları barədə söz açılıb. Konfrans zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb.

Görüşdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, konfrans BMİ-nin Azərbaycanla bağlı keçirdiyi silsilə tədbirlərin dördüncüsüdür. İl ərzində BMİ tərəfindən Azərbaycanla bağlı irimiqyaslı və hərtərəfli yekun konfransın keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR