İtaliyada Azərbaycanla bağlı dəyirmi masa keçirilib

İtaliyada Azərbaycanla bağlı dəyirmi masa keçirilib
# 02 iyun 2012 01:12 (UTC +04:00)
Bakı-APA. Romada yerləşən İtaliya Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Elmləri Ali Araşdırmalar Mərkəzində “Avrasiyanın mərkəzində. Azərbaycan və İtaliyanın Kiçik Asiya, Mesopotamiya və Qafqazdakı maraqları” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri Mərkəzin direktoru general Eduardo Çentore açıb. Daha sonra səfir Vaqif Sadiqov Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, müstəqillik dövründə həyata keçirilmiş dövlət quruculuğu tədbirləri və islahatlar, o cümlədən ölkəmizin regiondakı özünəməxsus rolu və regional inkişaf və sabitliyə göstərdiyi töhfələri barəsində çıxış edib.

Dəyirmi masada Mərkəzin tədqiqatçıları, İtaliyanın görkəmli jurnalistləri və akademik dairələrin nümayəndələri ölkəmizin tarixi, yerləşdiyi geostrateji mövqeyi, müstəqillik dövrü ərzində ölkənin inkişafı üçün həyata keçirilmiş islahatlar, onun regional və qlobal təhlükəsizlik arxitekturasında tutduğu yer və verdiyi töhfələri barədə məruzələr edilib.

Tədbir zamanı auditoriyanın sualları cavablandırılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Görüşdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR