ABŞ Konqresinin üzvləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar veriblər

ABŞ Konqresinin üzvləri Azərbaycanın Respublika Günü münasibətilə bəyanatlar veriblər
# 02 iyun 2012 03:27 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri Bill Şuster və Dən Boren “28 May- Respublika Günü” münasibətilə bəyanatlar veriblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatlarda Azərbaycan və ABŞ arasında möhkəm tərəfdaşlığın önəmi vurğulanıb, habelə Azərbaycanın qlobal enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə mübarizəyə verdiyi ciddi töhfə verdiyi qeyd edilib. Konqres üzvləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı layihələrinin əhəmiyyətini xüsusi qeyd ediblər. Eyni zamanda, konqresmenlər öz bəyanatlarında Azərbaycanın dünyəvi və tolerant bir müsəlman ölkəsi olaraq çox uğurlu bir model ortaya qoyduğunu bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR