Kommunistlər Brüsseldə toplaşıblar

Kommunistlər Brüsseldə toplaşıblar
# 03 iyun 2012 19:25 (UTC +04:00)
Bakı-APA. Bu il 18 -20 may arasında Brüsseldə 49 ölkənin 59 kommunist və fəhlə partiyalarının 21-ci Beynəlxalq Kommunist seminarı keçirilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə Afrika, Asiya, Yaxın Şərq, Amerika və Avropadan nümayəndələr iştirak edib.

Məlumatda bildirilib ki, seminarda “kapitalizmin növbəti böhranında fəhlələrin və xalqın sosial vəziyyətinin gərginliyindən söhbət açılıb, kapitalizmə qarşı etiraz aksiyalarının keçirilməsini partiyaların indiki vəziyyətdə ümdə vəzifəsi kimi qeyd olunub”.

Konfransda NATO-nun ləğvi ilə bağlı qətnamə qəbul edilib, Kuba ilə həmrəylik nümayiş etdirilib.

Növbəti Beynəlxalq Kommunist seminarının 2013-cü ilin 24-26 mayda keçirilməsi qərara alınıb.

Seminarda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR