Macarıstan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək

Macarıstan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək
# 04 iyun 2012 11:16 (UTC +04:00)
Bakı – APA. İyunun 5-dən 8-nə qədər Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşünün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər günlərində onlar Milli Məclisdə, Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, Bakı şəhəri ilə tanış olmaq imkanı əldə edəcəklər. Dostluq qrupunun üzvləri eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və erməni işğalı nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və köçkünlərlə görüşməyi də planlaşdırır.

Qeyd etmək lazımdır ki, Marton Dyöndöşünün rəhbərliyinə daxil olduğu və parlamentdə 43 deputat yeri ilə təmsil edilən “Daha yaxşı Macarıstan uğrunda – Jobbik” partiyası ötən il Xocalı soyqırımının tanınması ilə bağlı ölkənin ali qanunverici orqanına qətnamə layihəsi təqdim etmişdi. Partiya gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır.

Dostluq qrupunun hakim Fides Partiyasından olan üzvü, partiyanın Parlament qrupunun sədri və Budapeştin 14-cü rayonunun burqomistri Ferents Papçak isə səfər zamanı Bakının mərkəzi rayonlarından biri ilə qarşılıqlı iqtisadi və mədəni əməkdaşlıq yollarını müzakirə etmək və müvafiq sənəd imzalamaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR