Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
# 04 iyun 2012 12:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. APA-nın məlumatına görə, Ekmələddin İhsanoğlu Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi münasibətilə prezident İ. Əliyevi təbrik edib.

İƏT-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyini vurğulayan E. İhsanoğlu bu dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.

Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR