Azərbaycan prezidenti Andorranın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Andorranın xarici işlər nazirini qəbul edib
# 04 iyun 2012 12:56 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəldiyini deyib.

O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirib. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Hilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd edib.

Prezident İ. Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı səfər zamanı ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR