Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmeleddin İhsanoğlu ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmeleddin İhsanoğlu ilə görüşüb - <font color=red>FOTO</font>
# 04 iyun 2012 13:55 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanla İƏT arasındakı geniş və dərin münasibətlərin olduğunu qeyd edərək, Azərbaycanın İslam Ümmətinin bir hissəsi olduğunu vurğulayıb.

Öz növbəsində İƏT Baş Katibi E.İhsanoğlu Azərbaycan - İƏT münasibətlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın İƏT daxilində böyük və əhəmiyyətli rolundan söhbət açıb.

Görüş zamanı tərəflər son zamanlar dünyada artmaqda olan İslamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bölüşüb və bununla mübarizə aparılması istiqamətində müştərək tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin İslam dünyasının üzləşdiyi problemlər, Azərbaycanın dünyada təhlükəsizliyin bərpasında rolu və Əfqanıstanda sülhə verdiyi töhfə haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanla İƏT arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə dair müzakirələrin aparılacağı qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR