ABŞ dövlət katibinin Cənubi Qafqaza səfəri başlayıb

ABŞ dövlət katibinin Cənubi Qafqaza səfəri başlayıb
# 04 iyun 2012 15:22 (UTC +04:00)
APA-nın xəbərinə görə, H. Klinton artıq Ermənistan paytaxtındadır. Hava limanında onu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb.

H. Klintonun Ermənistan prezidenti Serj Sarkisyan və E. Nalbandyanla görüşləri nəzərdə tutulub. İyunun 5-də o, Gürcüstana gedəcək, ayın 6-da isə Azərbaycana gələcək.

Səfər zamanı ikitərəfli əlaqələr, enerji siyasəti, bölgədə yaranmış durum, o cümlədən Dağlıq Qarabağ münaqişəsi mövzularında müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR