Oqtay Əsədov Andorra xarici işlər nazirini qəbul edib

Oqtay Əsədov Andorra xarici işlər nazirini qəbul edib
# 04 iyun 2012 15:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Andorra Knyazlığının xarici işlər naziri Hilbert Saboya Sunyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Andorra Knyazlığı ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən O. Əsədov bu baxımdan Bakıda keçirilmiş müştərək biznes-forum və ölkənin Sahibkarlar Konfederasiyası ilə imzalanmış sənədin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verərək bu münaqişənin bölgənin inkişafına və avroatlantik strukturlara inteqrasiya prosesinə böyük maneçilik törətdiyini bildirib.

Qonaq isə öz növbəsində ölkəsinin Azərbaycanla əlaqələri genişləndirmək niyyətində olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR