Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilinin etimadnamələrinin surətini qəbul edib

Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilinin etimadnamələrinin surətini qəbul edib
# 04 iyun 2012 16:58 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnamələrinin surətini E.Məmmədyarova təqdim edən X.Roballo Azərbaycana müvəqqəti işlər vəkili təyin olunmasından məmnun olduğunu qeyd edib.

Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat Argentina-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

E. Məmmədyarov təyinatı münasibətilə onu təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR