Elmar Məmmədyarov bu gün qoşunların təmas xəttində 5 Azərbaycan hərbçisinin şəhid olmasına münasibət bildirib

Elmar Məmmədyarov bu gün qoşunların təmas xəttində 5 Azərbaycan hərbçisinin şəhid olmasına münasibət bildirib
# 05 iyun 2012 10:06 (UTC +04:00)
Biz həmişə danışıqlar prosesinin bütün həssas hissəsinə anlayışla yanaşmışıq və həmişə demişik ki, bu cür mürəkkəb münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq”. APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində 5 Azərbaycan hərbçisinin şəhid olması ilə bağlı sualı belə cavablandırıb.

“İyunun 18-də nazirlər səviyyəsində keçiriləcək görüşdə biz öz tərəfimizdən Ermənistan tərəfi başa salmağa çalışacağıq ki, mövcud pat vəziyyəti real deyil və bu situasiyanın nəticəsi olaraq qoşunların təmas xəttində gənc insanlar ölür. Bu məsələ ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı da müzakirə olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR