Bakıda XIX Xəzər Beynəlxalq Neft və Qaz sərgisinə həsr olunmuş ziyafət təşkil olunub - FOTOSESSİYA

Bakıda XIX Xəzər Beynəlxalq Neft və Qaz sərgisinə həsr olunmuş ziyafət təşkil olunub - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyun 2012 16:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Bakıda XIX Xəzər Beynəlxalq Neft və Qaz sərgisinə həsr olunmuş ziyafət təşkil olunub. APA-nın məlumatına görə, tədbirin açılışında Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman və ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Adam Sterlinq çıxış ediblər.

P. Beytman çıxışında deyib ki, 5 iyun tarixi Böyük Britaniya üçün böyük gündür: “Həmin gün Böyük Britaniya kraliçasının taxta çıxmasının 60 illiyi qeyd olunur. Həmçinin bu il Azərbaycan üçün də xüsusi il olub. Ölkədə “Eurovision” mahnı yarışması keçirilib və Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycan və Böyük Britaniya güclü əlaqələrə malikdir. Bu gün keçirilən sərgi bu əməkdaşlığın bir elementidir”.

Səfir xatırladıb ki, Azərbaycana qoyulan xarici investisiyaların 45 faizi Böyük Britaniyanın payına düşür: “Yalnız “BP” şirkəti 1994-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatına 35 milyard dollar investisiya yatırıb”.

A. Sterlinq isə çıxışında Azərbaycan-ABŞ ikitərəfli əlaqələrini yüksək qiymətləndirib. O, qeyd edib ki, apreldə Vaşinqtonda keçirilmiş ABŞ - Azərbaycan iqtisadi tərəfdaşlıq şurasının iclası iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi üçün şərait yaradır: “Həmin iclasda əsas mövzulardan biri enerji məsələsi idi. Bu məsələ iki ölkə arasında əməkdaşlığın əsas elementi olaraq qalır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR