Rumıniyanın “Romania Libera” qəzetində Azərbaycan haqqında analitik məqalə dərc edilib

Rumıniyanın “Romania Libera” qəzetində Azərbaycan haqqında analitik məqalə dərc edilib
# 05 iyun 2012 16:58 (UTC +04:00)
Bakı – APA. Rumıniyanın aparıcı və ən çox tirajla satılan “Romania Libera” qəzetinin 5 iyun 2012-ci il tarixli sayında Azərbaycanın müasir inkişafından və praqmatik xarici siyasətindən bəhs edən analitik məqalə dərc edilib. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə “Avroviziya 2012” beynəlxalq mahnı müsabiqəsi ilə əlaqədar Bakıda səfərdə olmuş qəzetin baş redaktorunun müavini Laurençiu Mihunun müəllifi olduğu məqalə “Azərbaycan – Avroviziyanın arxasındakı şahmat taxtası” adlanır. Səfirlikdən APA-ya verilən xəbərə görə, məqalədə müəllif Azərbaycan insanının səmimiliyindən, istiqanlılığından, qonaqpərvərliyindən, Bakıda müşahidə etdiyi sürətli quruculuq-abadlıq işlərindən, yeni memarlıq abidələrinin qədim və tarixi tikililərlə harmoniyasından, nadir incəsənət nümunələrinə qarşı mədəni irs kimi Azərbaycanın qayğı ilə yanaşmasından və bunun nəticəsində İçərişəhər qoruğunun ölkənin brendinə çevrilməsindən bəhs edir.

Müəllif Avroviziya ərəfəsində Azərbaycana qarşı beynəlxalq mətbuatda gedən tənqidi yazıların daha çox qərəzli məqsəd daşıdığını və dünya ictimaiyyətinin diqqətini ölkəyə yönəltmək üçün yanlış metodlardan istifadə olunduğunu, Bakıda olduğu müddətdə beynəlxalq mətbuatın fikirləri ilə razılaşmadığını, müsabiqənin təşkilində Azərbaycanın bütün işlərin, o cümlədən təhlükəsizlik tədbirlərinin öhdəsindən uğurla gəldiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR