Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
# 06 iyun 2012 15:20 (UTC +04:00)
“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva APA-ya deyib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin binasında keçirilən görüşdə onunla yanaşı İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramlı, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin rəhbəri İnqilab Əhmədov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros Fondu) Şəffaflıq Proqramının rəhbəri Fidan Bağırova iştirak edib.

Görüşdə H. Klintonu maraqlandıran məsələlər, o cümlədən “Açıq hökumət” layihəsinin Azərbaycanda icrası, ABŞ hökumətinin bu məsələdə Azərbaycana dəstəyi, o cümlədən “Elektron hökumət”lə bağlı məsələlər müzakirə mövzusu olub.

Görüşdə mədən şəffaflığı və büdcə məsələlərinə də toxunulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR