Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentləri pisləyib - VİDEO - YENİLƏNİB

Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentləri pisləyib - <font color=red>VİDEO - YENİLƏNİB</font>
# 06 iyun 2012 15:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son insidentləri pisləyib. APA-nın məlumatına görə, dövlət katibi bu mövqeyini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə açıqlayıb.

Elmar Məmmədyarov qeyd edib ki, ABŞ və Azərbaycan bu illər ərzində müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələri qura biliblər. Dövlət katibi Hillari Klintonun səfərinin səmərəli keçdiyini deyən XİN başçısı əsas müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıb: “Münaqişənin nizamlanması istiqamətində irəliləyişə nail olmaq üçün bəzi ideyalar səsləndi. Xatırladım ki, iyunun 18-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. Görüşdə Əfqanıstan məsələsi, regional məsələlər də müzakirə olundu. Azərbaycan ABŞ-ın dəstəyini hiss edir”.

Brifinqdə çıxış edən dövlət katibi Hillari Klinton bildirib ki, Azərbaycana yenidən səfər etməkdən məmnundur. O, Azərbaycan prezidenti ilə görüşdə təhlükəsizlik, energetika və demokratik islahatlar mövzusunda müzakirələrin aparıldığını bildirib. Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirən dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını da deyib.

Hillari Klinton qoşunların təmas xəttində baş vermiş son insidentləri pisləyib: “Bu zorakılığa son qoyulmalıdır. Mən Azərbaycan prezidentinə bəyan etdim ki, ABŞ münaqişənin nizamlanması prosesinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır”.

Enerji sahəsində əməkdaşlığı dəyərləndirən H. Klinton qeyd edib ki, ABŞ enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanı dəstəkləyir. Dövlət katibinin sözlərinə görə, Azərbaycan prezidenti ilə bugünkü görüşündə neft və qaz marşrutlarının diversifikasiyası sahəsində rəsmi Bakının rolunu yüksək qiymətləndirdiyini qeyd edib: “Azərbaycanın “Cənub dəhlizi” layihəsinin reallaşdırılmasındakı rolunu dəstəkləyirik. Bu layihə Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarına çıxarılmasına imkan verəcək”.

İnsan haqları sahəsinə gəlincə, H.Klinton ABŞ-ın vətəndaş cəmiyyətinin və fundamental insan haqlarının inkişafının zəruriliyinə sadiq qaldığını bildirib. O, Azərbaycan hökumətini öz vətəndaşlarının ifadə azadlığına və ölkədə fundamental insan haqlarının inkişafına hörmət etməyə, eyni zamanda Azərbaycanın vətəndaş cəmiyyətini cəmiyyətin möhkəmləndirilməsi üzrə işləri davam etdirməyə çağırıb.

ABŞ dövlət katibi deyib ki, səfəri zamanı Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə bu sahədəki tərəqqini müzakirə etmək imkanı da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR