Hillari Klinton Azərbaycan prezidenti ilə ABŞ-ın Bakıdakı səfirliyi üçün yeni binanın tikintisi məqsədilə yer ayrılması məsələsini müzakirə edib

Hillari Klinton Azərbaycan prezidenti ilə ABŞ-ın Bakıdakı səfirliyi üçün yeni binanın tikintisi məqsədilə yer ayrılması məsələsini müzakirə edib
# 07 iyun 2012 08:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, H. Klinton bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə söhbətində deyib.

Dövlət katibi bu məsələ ilə bağlı hələ Bill Klintonun prezidentliyi dövründə müzakirələrin başladığını xatırladaraq Azərbaycan prezidenti ilə görüşdə bu mövzunu gündəmə gətirdiyini söyləyib: “Bu məsələnin həllini sürətləndirməliyik və biz hazırda buna çalışırıq. Ümid edirəm ki, günün birində siz müasir və təhlükəsiz bir binada çalışmağa başlayacaqsınız”.
Səfirlik əməkdaşları ilə söhbətdə yeni səfirin təyinatına da toxunulub.

H. Klinton müvəqqəti işlər vəkili Adam Sterlinqə gördüyü işlərə görə təşəkkür edib: “Mən son bir neçə ildə səfirsiz işləməyin nə qədər çətin olduğunu bilirəm. Lakin Adam Sterlinqin rəhbərliyi ilə bağlı bizim bəxtimiz gətirdi. Ümid edirəm ki, biz yeni səfiri tezliklə bura göndərə biləcəyik. Onun namizədliyi gələn həftə müzakirə ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR