Azərbaycanın İordaniyadakı səfiri Kral Divanının rəhbəri ilə görüşüb - FOTO

Azərbaycanın İordaniyadakı səfiri Kral Divanının rəhbəri ilə görüşüb - <font color=red>FOTO</font>
# 07 iyun 2012 09:38 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı Kral Divanının (administrasiyasının) rəhbəri Riyad Abu Karaki ilə görüş keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, dostluq və səmimiyyət şəraitində keçən görüşdə Azərbaycan-İordaniya ikitərəfli əlaqələrinin inkişaf perspektivləri, ölkələr arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Siyasi əlaqələrin bugünkü səviyyəsindən məmnunluq ifadə edən tərəflər iqtisadi və ticari əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR