“ATƏT - dəyişən region” adlı hesabatda Dağlıq Qarabağ münaqişəsinə də yer ayrlılıb

“ATƏT - dəyişən region” adlı hesabatda Dağlıq Qarabağ münaqişəsinə də yer ayrlılıb
# 07 iyun 2012 11:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər ATƏT Parlament Assambleyasının Litvadan olan məruzəçisi Vilii Aleknayte-Abramikenenin hazırladığı hesabatda öz əksini tapıb.

Hesabat ATƏT PA Siyasi məsələlər və təhlükəsizlik komitəsinin 5-9 iyulda Monakoda keçiriləcək 21-ci illik sessiyasında müzakirə olunacaq.

“ATƏT – dəyişən region” adlı hesabatda ATƏT məkanında təhlükəsizlik məsələləri, o cümlədən həlli uzadılmış münaqişələrlə bağlı vəziyyət əks olunub. Sənəddə qeyd olunur ki, həlli uzadılmış münaqişələr yenə də regionda təhlükəsizlik və stabillik üçün ciddi təhlükə törətməkdədir. Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat tərəfləri sülh sazişi üzərində işi davam etdirməyə çağırıb: “Bu istiqamətdə ilk addım atəşkəs rejiminə riayət etmək və snayperləri qoşunların təmas xəttindən geri çəkmək olardı. Münaqişə zonasında baş verən insidentlərin araşdırılması da son dərəcə vacibdir”. Xatırladaq ki, hesabatın komitədə müzakirəsinin nəticəsinə uyğun olaraq ATƏT PA-nın Monakoda keçiriləcək illik sessiyasında bəyannamə qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR