Xələf Xələfov Slovakiyada səfərdə olub

Xələf Xələfov Slovakiyada səfərdə olub
# 07 iyun 2012 13:34 (UTC +04:00)
Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Slovakiyada səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X. Xələfov Slovakiya parlamentinin sədr müavini xanım Renata Smaykoviçova, xarici işlər nazirinin müavini, dövlət katibi Peter Burian, Avstriya-Qafqaz və Mərkəzi Asiya parlament qrupunun sədri Karl Öllinger və digər şəxslərlə görüş keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Avropanın enerji təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR