TÜRKPA baş katibi Qazaxıstana səfər edəcək

TÜRKPA baş katibi Qazaxıstana səfər edəcək
# 07 iyun 2012 13:40 (UTC +04:00)
Bakı – APA. İyunun 8-10-da Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədrinin dəvəti əsasında Astanaya səfər edəcək. TÜRKPA-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Maulen Aşimbayev və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Səfərdə baş katibin müavini Mels Semqaliyev, beynəlxalq əməkdaşlıq və protokol məsələləri üzrə katib Anar Rəhimov da iştirak edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR