İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək

İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək
# 07 iyun 2012 14:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 26-da İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçıları səviyyəsində zirvə toplantısı keçiriləcək. APA-nın xəbərinə görə, təşkilatın 20 illik yubileyinə həsr olunan toplantıda təşkilatın gələcəyi müzakirə olunacaq və iştirakçılar arasında ikitərəfli görüşlər keçiriləcək. Sammitə hazırlıq məsələləri QDİƏT Xarici İşlər Nazirləri Şurasının iyunun 11-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək yığıncağında müzakirə olunacaq.

Qeyd edək ki, QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR