Bakıda “Çikaqo sammitindən sonra Azərbaycan-NATO tərəfdaşlığı: Yeni əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Çikaqo sammitindən sonra Azərbaycan-NATO tərəfdaşlığı: Yeni əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyun 2012 08:16 (UTC +04:00)
APA-nın məlumatına görə, konfrans Rumıniya səfirliyi və AMEA İnsan Haqları İnstitutu tərəfindən birgə təşkil olunub. İnstitutun direktoru Aytən Mustafayeva NATO-nu stabillik və təhlükəsizliyi təmin edən təşkilat kimi səciyyələndirib. O Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib: “Azərbaycan erməni icması ilə birgə yaşamağa hazırdır, Ermənistan isə cəbhə xəttində atəşkəs rejimini mütəmadi olaraq pozur”. Aytən Mustafayeva qeyd edib ki, NATO-nun bu münaqişənin nizamlanmasına dəstək verməsi səmərəli olardı.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çobanu NATO-nun Çikaqo sammitinin nəticələri, o cümlədən xarici qüvvələrin 2014-ci ilin sonuna kimi Əfqanıstandan çıxarılacağı qərarı haqqında danışıb. Lakin o qeyd edib ki, NATO müxtəlif treninqlərin keçirilməsində bu ölkəyə yardımlarını davam etdirəcək: “Çikaqo Bəyannaməsi növbəti dəfə Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyib və növbəti dəfə NATO-nun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstəyini ifadə edib”. Səfir NATO-nun Çikaqo sammitinin Azərbaycan KİV-lərində geniş şəkildə işıqlandırıldığını vurğulayıb.

NATO-nun Azərbaycanda zabit-koordinatoru Uilyam Lau Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfəni xüsusi qeyd edib və ölkəmizin bir müddət əvvəl Əfqanıstanda zabitələrə treninq keçirilməsi üçün 1 milyon avro vəsait ayırdığını xatırladıb.

Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev ölkəmizin NATO-ya inteqrasiya yolu seçdiyini deyib: “NATO bəyan edir ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır, lakin Azərbaycan torpaqları işğal altındadır və Ermənistan faktiki olaraq güc tətbiq edir və heç kim bu ölkədən bunu dayandırmağı tələb etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR