Venesiya Komissiyası gələn həftə Azərbaycanda QHT qanunvericiliyi ilə bağlı tövsiyələrin yerinə yetirilməsi səviyyəsini müzakirə edəcək

Venesiya Komissiyası gələn həftə Azərbaycanda QHT qanunvericiliyi ilə bağlı tövsiyələrin yerinə yetirilməsi səviyyəsini müzakirə edəcək
# 08 iyun 2012 12:10 (UTC +04:00)
Venesiya Komissiyasından APA-ya verilən məlumata görə, sessiyada Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyəcək qanun layihəsinə rəy verildikdən sonra atılan addımlar müzakirə olunacaq. Sessiya iştirakçıları həmçinin bu məsələ ilə bağlı VK tərəfindən verilmiş tövsiyələrin necə yerinə yetirildiyini də müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Venesiya Komissiyasının ötən il oktyabrın 14-15-də keçirilmiş 88-ci plenar sessiyasında Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanun layihəsinə rəy verilib. Rəydə bu layihəyə bəzi tövsiyələr, o cümlədən QHT-lərin qeydiyyat prosedurunun asanlaşdırılması tövsiyəsi yer alıb.

Venesiya Komissiyasının 91-ci sessiyasında Rusiyanın “Siyasi partiyalar haqqında” qanunu, Bosniya-Herseqovina, Macarıstan və Qaradağın bəzi qanun layihələri müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR