Cenevrədə nəşr olunan “UN Special” jurnalında səfir Murad Nəcəfbəylinin “Şuşa. Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc olunub

Cenevrədə nəşr olunan “UN Special” jurnalında səfir Murad Nəcəfbəylinin “Şuşa. Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc olunub
# 08 iyun 2012 13:43 (UTC +04:00)
Bakı - APA. Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun 10 minlik tirajla çap edilən ən nüfuzlu dövri nəşri olan “UN Special” jurnalının (www.unspecial.org) 2012-ci il iyun tarixli, 718 saylı buraxılışında Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Murad Nəcəfbəylinin “Şuşa. Azərbaycan mədəniyyətinin məbədi” adlı məqaləsi dərc olunub. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, İsveçrədə böyük oxuyucu kütləsi və yüksək nüfuza malik olan “UN Special” dərgisində dərc olunmuş məqalədə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin unikal mərkəzlərindən biri olduğu bildirilib.

Yazının əvvəlində XVIII əsrin ortalarında əsası qoyulmuş və qısa zaman ərzində Azərbaycanın Qarabağ xanlığının mərkəzi olan qala-şəhərin tarixi və abidələri haqqında məlumat verilib, Şuşanın Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadığı, milli-mənəvi dəyərlərimiz, musiqi ənənələrimizi əks etdirdiyi diqqətə çatdırılıb. Azərbaycan muğamının beşiyi hesab olunan Şuşanın XIX əsrdə “Qafqazın Konservatoriyası” adlandırıldığı qeyd olunub və bu şəhərdə yaşayıb yaratmış Azərbaycan musiqisinin görkəmli nümayəndələri – Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığından bəhs edilib.

Məqalədə Şuşa şəhərində yerləşən XIX əsr Saatlı məscidinin tavanı, şəhərin yuxarıdan görünüşü və xalq yaradıcılığına dair fotoşəkillər yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR