Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Trabzon Bəyannaməsi imzalayıblar

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərləri Trabzon Bəyannaməsi imzalayıblar
# 08 iyun 2012 18:50 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, imzalanma mərasimindən sonra çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulayıb.

E.Məmmədyarov bu il iyunun 9-da Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini deyib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində baş vermiş son hadisələrin münaqişənin dondurulmuş olmadığını göstərdiyini vurğulayıb, bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını, bölgənin gələcəyi üçün təhlükə olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR