Gəncə və Ukraynanın Valın Vilayəti arasında əməkdaşlığın inkişafına dair növbəti razılaşmalar əldə olunub

Gəncə və Ukraynanın Valın Vilayəti arasında  əməkdaşlığın inkişafına dair  növbəti razılaşmalar əldə olunub
# 09 iyun 2012 18:42 (UTC +04:00)
Bakı-APA. Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəlyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Valın Vilayətində işgüzar səfərdədir. Bu barədə APA-ya Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən məlumat verilib. Lutsk şəhərinə gələn gəncəli həmkarlarını salamlayan Valın Vilayət Dövlət admnistrasiyasının rəhbəri Boris Klimçuk Azərbaycanla Ukraynanın strateji müttəfiqlik münasibətlərinin inkişaf dinamikasından danışıb. Gəncə ilə Lutsk şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasının tarixi əhəmiyyətindən söz açıb. Azərbaycanda səfir işlədiyi illərdə ölkəmizin böyük sürətlə inkişaf etdiyinin şahidi olduğunu deyən qubernator rəhbərlik etdiyi vilayətlə Gəncə şəhəri arasında iqtisadi elmi mədəni əlaqələrin dahada inkişaf etdirilməsinın vacibliyini vurğulayıb. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev respublikamızda regionların sosial iqtisadi inkişafı dövlət proqramına əsasən Gəncə şəhərində həyata keçirilən qlobal infrastruktur layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanın ikinci böyük şəhəri ilə Valın vilayəti arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Görüş zamanı Gəncə şəhəri ilə Valın Vilayəti arasında iqtisadi-ticari, mədəni, elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra razılaşmalar əldə olunub. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Lesya Ukrainka adına Valın Milli Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.
Televiziya və KİV-i nümayəndələrinin iştirak etdiyi görüşdə Gəncə İlə Valın Vilayəti arasında idman, turizm, mədəniyyət və incəsənət əlaqələrinin inkişaf perespektivləridə geniş müzakirə obyekti olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR