İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Azərbaycana səfər edəcək - FOTO

İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Azərbaycana səfər edəcək - <font color=red>FOTO</font>
# 11 iyun 2012 07:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Hatta Racasa ilə görüş keçirib. Azərbaycanın İndoneziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı T. Qarayev Azərbaycan-İndoneziya siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyərək iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, iki dövlət arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və digər məsələlər üzrə ciddi işlərin aparılmasının çox vacib olduğunu bildirib. Azərbaycan Dövlət Neft Şirkətinin və İndoneziya Dövlət Neft Şirkəti “Pertamina”nın əməkdaşlığının mümkünlüyü xüsusi qeyd edilib.

H. Racasa iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu layihələrinin həyata keçirilməsinə böyük maraqla yanaşıb və yaxın vaxtlarda Azərbaycana konkret təkliflərlə səfər etmək arzusunda olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR