Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru: “Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr bizi narahat edir” - FOTO

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru: “Azərbaycan və Ermənistan arasında baş verən son hadisələr bizi narahat edir” - <font color=red>FOTO</font>
# 11 iyun 2012 09:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Reyner Lindner deyib.

“Biz hadisələrin gedişini izləyirik. İstərdik ki, hər iki dövlət intensiv və dinamik inkişaf etsin. Çünki hər iki ölkə “Şərq tərəfdaşlığı” proqramının üzvüdür. Biz münaqişənin həll olunmasını, sakitləşməsini istəyirik. ATƏT-in Minsk Qrupu artıq 20 ildir, bu işlə məşğul olduğu üçün ümidvarıq ki, vasitəçilər siyasi gərginliyin aradan qaldırılmasına töhfə verəcəklər”, - deyə R. Lindner qeyd edib.

O, sabitliyin investisiya qoymaq baxımından prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Biz regionda stabillik görmək istəyirik. Münaqişə investisiya yatırımı və iqtisadiyyatın inkişafı baxımından yaxşı göstərici deyil. Digər tərəfdən, mən Almaniya biznesinin Azərbaycanda müxtəlif sahələrdə inkişafı üçün böyük potensial görürəm. Biz region ölkələrinin iqtisadiyyatının səviyyəsini qaldırmaq istəyirik. Ermənistan və Azərbaycan arasında mövcud münaqişənin həlli bizim üçün vacibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR