Jozef Debono Qrex: “Azərbaycanın öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı hesabat AŞPA-nın payız sessiyasında təqdim olunacaq”

Jozef Debono Qrex: “Azərbaycanın öhdəlikləri necə yerinə yetirməsi ilə bağlı hesabat AŞPA-nın payız sessiyasında təqdim olunacaq”
# 11 iyun 2012 15:53 (UTC +04:00)
Həmməruzəçi APA-ya açıqlamasında Monitorinq Komitəsinin Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hesabatının iyunun sonuna kimi hazır olacağını deyib.

Həmməruzəçi bildirib ki, hesabat AŞPA-nın payız sessiyasında təqdim olunacaq.

J. D. Qrex Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar müşahidə olunan və insan itkisi ilə nəticələnən gərginliyə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, digər həmməruzəçi Pedro Aqramunt da Azərbaycana gələcək. Həmməruzəçilər sabahdan görüşlərə başlayacaqlar.

İyunun 14-də başa çatacaq səfərin məqsədi Azərbaycanın AŞ qarşısında ədalət məhkəməsi, dözümlülük, yerli və regional demokratiyalarla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini dəyərləndirməkdir. Həmməruzəçilər Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Quba rayonunda dini icmaların və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

Xatırladaq ki, həmməruzəçilər Azərbaycanda sonuncu dəfə bu il 31 yanvar - 2 fevral tarixlərində səfərdə olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR