Azərbaycan prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabeti təbrik edib

Azərbaycan prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabeti təbrik edib
# 11 iyun 2012 16:15 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz və Taxta çıxmağınızın 60 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi əməkdaşlığımızın geniş spektrdə müvəffəqiyyətlə davam etməsinə mühüm təsir göstərir.

Əminəm ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr, qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR