Azərbaycan prezidenti rusiyalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti rusiyalı həmkarına təbrik məktubu göndərib
# 11 iyun 2012 16:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi işində, demokratik dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlar qazanmış dost Rusiya bu gün genişmiqyaslı islahatlar və cəmiyyət həyatının bütün cəhətlərinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə ölkənin mövqelərinin gücləndirilməsi yolu ilə irəliləyir.

Azərbaycanla Rusiyanı tarixən yaranmış, indi keyfiyyətcə yeni xarakter kəsb etmiş dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır. Əminəm ki, bizim ikitərəfli münasibətlər, çoxplanlı qarşılıqlı fəaliyyətimiz və strateji tərəfdaşlığımız xalqlarımızın rifahı, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və intensiv inkişaf edəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR