TürkPA-nın III Plenar Sessiyasına hazırlıq gedir

TürkPA-nın III Plenar Sessiyasına hazırlıq gedir
# 12 iyun 2012 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iyunun 14-15-də Bişkek şəhərində keçiriləcək III Plenar Sessiyasına hazırlıq məqsədilə qurumun baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana gedib. Bu barədə APA-ya TürkPA-nın mətbuat xidmətindən məlumat verilib.

Sessiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

İyunun 14-də keçiriləcək Assambleya Şurasının III iclasında TÜRKPA-nın III Plenar Sessiyasının gündəliyi qəbul ediləcək, dörd daimi komissiyaların katibi vəzifəsinə seçkilər keçiriləcək, katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının vaxtı və yeri müəyyənləşdiriləcək. Plenar Sessiyada isə üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələləri, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TürkPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəyləri dinləniləcək. Plenar Sessiyada həmçinin katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi, yekunda isə Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR