Həsən Həsənov Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynamış Vitold Zqlenitskinin xatirə lövhəsinin açılışında iştirak edib

Həsən Həsənov Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynamış Vitold Zqlenitskinin xatirə lövhəsinin açılışında iştirak edib
# 12 iyun 2012 14:31 (UTC +04:00)
Bakı – APA. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 illiyi və bərpasının 20 illiyi ilə əlaqədar Mazovetsk voyevodluğunun Varşava yaxınlığındakı Serock (Vola Kielpinska) şəhərində 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycanın neft sənayesinin inkişafında böyük rol oynamış Vitold Zqlenitskinin adını daşıyan məktəbdə Azərbaycan səfirliyinin təşəbbüsü ilə xatirə lövhəsi qoyulub. Səfirlikdən APA-ya verilən xəbərə görə, səfir Həsən Həsənov tədbirdə çıxış edərək məktəblilər və qonaqları Polşa-Azərbaycan əlaqələri, Azərbaycan tarixində polyak izləri haqqında ətraflı məlumatlandırıb. O deyib ki, Vitold Zqlenitski adına orta məktəb Azərbaycanın Polşadakı kiçik nümayəndəliyidir.

Serotsk şəhərinin meri Silvester Sokolnitski çıxışı zamanı Azərbaycan-Polşa əlaqələrinin əhəmiyyətindən, Vitold Zqlenitskinin Azərbaycandakı fəaliyyətindən danışaraq hər iki ölkənin dostluq əlaqələrinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda H. Həsənov və S. Sokolnitski xatirə lövhəsinin üzərindən örtüyü götürüblər. Sonra səfir orta məktəbi dəqiq elmlər fənlərindən əlaçı bitirən şagirdə fərqlənmə diplomu və nişanı təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR