Azərbaycanın xarici işlər naziri Niderlandın Dövlət Şurasının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Niderlandın Dövlət Şurasının vitse-prezidenti ilə görüşüb
# 12 iyun 2012 18:11 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Piet Hein Donera nazir Elmar Məmmədyarovu səmimi qarşılayaraq, son illər Azərbaycanda gedən hərtərəfli inkişafdan məmnunluğunu bildirib. Doner eyni zamanda, Niderland Krallığının hökumət və idarəçilik strukturu və quruluşu, parlament və məhkəmələrin fəaliyyəti haqqında məlumat verib.
Elmar Məmmədyarov Niderland Krallığı ilə Azərbaycan arasında iqtisadi əlaqələrin səviyyəsindən məmnun olduğunu, mövcud münasibətlərin daha da möhkəmləndirilməsinin və gələcəkdə müxtəlif sahələrdə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR