Türkiyədə təhsillərini başa vuran azərbaycanlı məzunlar üçün təntənəli tədbir keçirilib- FOTOSESSİYA

Türkiyədə təhsillərini başa vuran azərbaycanlı məzunlar üçün təntənəli tədbir keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 13 iyun 2012 03:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Türkiyədə səfirliyin təşəbbüsü, SOCAR Türkiyə və Palmali şirkətlər qrupunun dəstəyi ilə Türkiyədə ali təhsil qurumlarında oxuyan tələbələrimizin təhsillərini başa vurmaları münasibətilə təntənəli tədbir keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları ilk olaraq, Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev adına parkın ziyarət ediblər. Ankaraya işgüzar səfər məqsədilə gələn Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə məzun olan tələbələrimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, onun heykəlinin önünə əklil qoymuş və Məzun Andını oxuyublar.

Ardından səfirlikdə keçirilən tədbirdə Qulu Novruzov, Türkiyə təhsil nazirinin müavini Salih Çelik, Türkiyə Gənclər və İdman nazirinin müavini Aslan Karanfil, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Sədri Necdet Ünüvar, TİKA-nın sədri Serdar Çam, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan səfirliyin əməkdaşları, Türkiyə Ali Təhsil Şurasının sədr müavini Muhittin Şimşek, Ankarada fəaliyyət göstərən universitetlərin rektorları və prorektorları, Türkiyə Respublikasının müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.
Səfir Faiq Bağırov öz çıxışında, günün əhəmiyyətindən, ölkəmizin inkişafından və təhsilə göstərilən diqqət və qayğıdan bəhs edərək, məzunları təbrik etmiş və onlara uğurlar diləyib.

Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov da öz çıxışında, ölkəmizin gənclərin xaricdə təhsilinə verdiyi əhəmiyyətdən, ölkədə aparılan təhsil siyasətindən danışıb.

Ardından təhsilində yüksək nailiyyətlər göstərən məzunlarımıza hədiyyələr təqdim olunub.

Tədbir iştirakçıları Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün mavzoleyinin (Anıtkabir) ziyarət ediblər.
Sonra tədbir iştirakçıları Ankaranın Keçiören səmtində yerləşən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək, abidənin önünə əklil qoyublar.

Tədbirlərin son mərhələsi Ankarada "Kent Hotel" mehmanxanasında təşkil olunmuş ziyafət olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR