Türkiyənin Azərbaycandakı səfiri Ermənistan xarici işlər nazirinin iradına münasibət bildirib

Türkiyənin Azərbaycandakı səfiri Ermənistan xarici işlər nazirinin iradına münasibət bildirib
# 13 iyun 2012 11:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın azərbaycanlı şəhidlər üçün başsağlığı verən Türkiyənin Ermənistanla bağlı analoji addım atmamasına dair iradına münasibət bildirib.

APA-nın məlumatına görə, H. Kılıç bildirib ki, Ermənistanın özünü Azərbaycanla müqayisə etməsi yersizdir: “Bildiyiniz kimi, BMT-nin məlum 4 qətnaməsi mövcuddur bu qətnamələrdə Azərbaycanın işğal altında olan torpaqlarının olduğu qeyd olunub. Ermənistan öncə beynəlxalq səviyyədə tanınan sərhədlərə çəkilsin, daha sonra belə bir açıqlama versin. Mən bundan artıq bir şey demək istəmirəm, Azərbaycan torpaqları işğal altındadır və bu torpaqların qaytarılması üçün mübarizə davam etdiriləcək”.

Səfir qeyd edib ki, Türkiyə həm Azərbaycan həm də Ermənistan tərəfindən insan itkilərinin olmamasını istəyir: «Biz bölgədə daim sülh olmasının tərəfdarıyıq»

Qeyd edək ki, ötən gün E. Nalbandyan çıxışında erməni təxribatının qarşısını alan zaman şəhid olmuş 5 Azərbaycan əsgərinin ölümünə Türkiyənin münasibət bildirməsinə toxunub. O bildirib ki, Türkiyənin bu bəyanatında “irqçilik” izləri var və erməni əsgərləri öldüyü vaxt Türkiyə analoji addımlar atmır.

İşğalçı ölkənin naziri bildirib ki, Türkiyə Dağlıq Qarabağ problemində obyektivlik və bitərəflik göstərməməklə kifayətlənmir, eyni zamanda problemin həlli prosesinə zərər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR