Azərbaycanın Niderland Krallığındakı səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib - FOTO

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 13 iyun 2012 12:01 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət səfirlik kompleksi Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar keçirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılıb.

Tədbiri Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov açaraq səfirliyin fəaliyyəti barədə qısa məlumat verib. Niderland Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq çıxışında Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini deyib. O, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib və iki dövlət arasında 20 illik tarixi olan münasibətlərin daha da möhkəmlənməsi arzusunu dilə gətirib.

Sonra çıxış edən Elmar Məmmədyarov, Azərbaycan və Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirib.

Tədbirə Niderland hökumətinin və Kraliça Sarayının ali üzvləri, parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak edib.

Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilib və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR