Əli Əhmədov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 13 iyun 2012 15:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabeni partiyanın mənzil-qərargahında qəbul edib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 20 illiyindən, bu illər ərzində iki ölkə arasındakı əməkdaşlıq istiqamətləri və onların nəticələri haqqında danışılıb.

Səfir qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.

Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR