ATƏT sədri Eymon Gilmor: “Birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağa səfər etmək fikrim yoxdur”

ATƏT sədri Eymon Gilmor: “Birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağa səfər etmək fikrim yoxdur”
# 13 iyun 2012 15:45 (UTC +04:00)
Bakı. Dünal Qurbanov-APA. “Son günlər cəbhə xəttində baş verən insidentlər ATƏT sədri olaraq məni ciddi narahat edir”. APA-nın məlumatına görə, bu fikirləri Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor deyib. O Bakıda keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacağını deyib: “Sabah Azərbaycan rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyəm. Görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Cəbhə xəttində son günlər baş verən və insan ölümü ilə nəticələnən insidentlər bizi ciddi narahat edir. Azərbaycan rəsmiləri ilə görüşlərdə atəşkəs rejiminə riayət olunması, snayperlərin cəbhə xəttində geri çəkilməsi məsələləri də müzakirə olunacaq”.

Ermənistanda ona edilmiş Dağlıq Qarabağa səfər təklifinə münasibət bildirən ATƏT sədri qeyd edib ki, münaqişə zonasına səfər etmək fikri yoxdur: “Bu məsələni sabah Azərbaycan rəsmiləri ilə keçirəcəyim görüşlərdə də müzakirə edəcəyəm. Lakin birmənalı şəkildə deyirəm ki, Dağlıq Qarabağa səfər etmək fikrim yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR