Riçard Morninqstar: “Azərbaycanla geniş ortaq maraqlarımız Birləşmiş Ştatların yüksək xarici siyasət prioritetləri ilə kəsişir” - YENİLƏNİB

Riçard Morninqstar: “Azərbaycanla geniş ortaq maraqlarımız Birləşmiş Ştatların yüksək xarici siyasət prioritetləri ilə kəsişir” - <font color=red>YENİLƏNİB</font>
# 13 iyun 2012 23:24 (UTC +04:00)
APA-nın məlumatına görə, o, ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonun onu bu vəzifəyə namizəd kimi göstərməsindən və Azərbaycanda Birləşmiş Ştatların mənafeyini müdafiə etməkdən məmnunluğunu ifadə edib.

Hazırkı Avrasiya enerji məsələləri üzrə dövlət katibinin xüsusi elçisi vəzifəsindən əvvəl, ABŞ-ın Avropa Birliyində səfiri, ABŞ prezidentinin və dövlət katibinin yenİ müstəqilliyini qazanmış və post-sovet ölkələri üzrə xüsusi məsləhətçisi kimi çalışdığını və bu vəzifələri icra edərkən əsas hədəflərdən birinin bütün Cənubi Qafqaz regionunun inkişafı və sabitliyi olduğunu və bu mövqenin bu gün də davam etdiyini qeyd edib.

“Çox yaxşı yadımdadır 1990-cı illərdə çətin qış dövründən çıxmaları üçün Gürcüstan və Ermənistana yanacaq və taxıl çatdırılması üçün çalışırdım. İllər ötdükcə mən hər üç Qafqaz ölkəsinə səfərlər etdim. ABŞ demokratik, sülhpərvər, inkişaf edən və strateji olaraq Birləşmiş Ştatlara, eləcə də avropalı müttəfiqlərinə bağlı Azərbaycandan yalnız qazana və gələcəkdə də xeyir əldə edə bilər. Bu il ABŞ və Azərbaycan diplomatik əlaqələrinin yaradılmasının 20 illiyini qeyd ediblər. Bu hadisə bizim əməkdaşlığımızın dərinliyini qiymətləndirməklə yanaşı bizim mühüm - təhlükəsizlik, enerji, demokratik və iqtisadi islahatlar sahələrində hansı yolu qət etdiyimizi qiymətləndirməyə imkan verir. Administrasiya inanır ki, biz bu sahələrdə öz əməkdaşlığımızı dərinləşdirməliyik və regionun üzləşməkdə olduğu çağırışları həll etmək üçün birgə çalışmalıyıq.

ABŞ Azərbaycanı uzun müddət beynəlxalq təhlükəsizlikdə güclü tərəfdaş hesab edib. Biz 2001-ci il 11 sentyabr hadisələrini xatırlayırıq. O zaman Azərbaycan prezidenti Heydər Əliyev ehtiyac olan bir vaxtda, öz dəstək əlini uzadan və terrorla mübarizə səylərimizə yaxın əməkdaşlığını təklif edən birincilərdən idi. Həmin əməkdaşlıq bu gün də davam edir. Amerikalı və azərbaycanlı əsgərlər birlikdə Kosovoda, İraqda, indi isə birlikdə Əfqanıstanda xidmət edirlər.

Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstək üçün “Şimal Paylanma Şəbəkəsi”ndə üzərinə götürdüyü zəruri nəqliyyat rolu da daxil olmaqla Əfqanıstanda müttəfiqlərin mübarizəsinə öz davamlı məsuliyyətini nümayiş etdirib.

Minlərlə təyyarə Azərbaycanın hava məkanından keçərək Əfqanıstana daxil olub və minlərlə yük Beynəlxalq Yardım qüvvələrinə dəstək üçün Bakıdan yola düşüb.

ABŞ Azərbaycanla birinci dəfədir ki, müvəqqəti üzv seçildiyi BMT Təhlükəsizlik Şurasında da yaxından və səmərəli əməkdaşlıq edir.

ABŞ və Azərbaycan arasında həmçinin enerji təhlükəsizliyi sahəsində 20 illik əməkdaşlıq mövcuddur.

Mənim hazırkı, Avrasiya Enerji Məsələləri üzrə xüsusi elçi vəzifəmdə Azərbaycanla sıx əməkdaşlıq etmişəm.

Əvvəl üzərində çalışdığım Bakı-Tiflis-Ceyhan boru kəməri, indi isə Cənub Dəhlizinin inkişafı, Azərbaycanın sıx Avro-Atlantik inteqrasiya izləməsinin və qlobal enerji təhlükəsizliyi öhdəliyini yerinə yetirməsinin bariz rəmzidir.

Bizim strategiyamızın əsas hissəsini Avropa bazarları üçün enerji marşrutlarının və mənbələrinin diversifikasıyası təşkil edir.

Əgər təsdiq olunarsam, Azərbaycanla enerji marşrutlarının diversifikasıyası və enerji infrastrukturunun qorunmasının təmin edilməsi istiqamətində işlərimi davam etdirəcəyəm.

Lakin Azərbaycanın qərblə inteqrasiyası boru kəmərlərindən kənara da çıxa bilər və çıxmalıdır. ABŞ Azərbaycanla həmçinin demokratik və iqtisadi islahatlarda irəliləyiş üçün, eləcə də qanun, şəffaflıq, fundamental azadlıqlara hörmətdə inkişaf üçün işləri davam etdirməlidir.

Şübhə yoxdur ki, Azərbaycan sərt qonşuluğa malikdir və real təzyiqlərlə üzləşir. Bununla belə Azərbaycanın uzunmüddətli təhlükəsizliyi və inkişafı üçün demokratik islahatlar zəruridir. Həm uzun müddətli sabitlik, həm də ki, xalqın tam potensialından istifadəni təmin etmək üçün bu islahatların aparılması Azərbaycanın öz maraqlarına uyğundur. Azərbaycan bu yolla gedərsə onda bizim ikitərəfli münasibətlərimiz bundan da möhkəm olacaq.

Müstəqil məhkəmə, azad media, vətəndaş cəmiyyəti, siyasi plüralizm, azad və ədalətli seçkilərdə rəqabət və fundamental azadlıqlara hörmət demokratiyanın vacib tərkib hissələridir və bu sahələrdə Azərbaycanın inkişaf tempini yüksəltmək üçün bizim birlikdə işləməyimizə ehtiyac var.

Ötən həftə dövlət katibi Bakıda olarkən də bu məsələlərlə bağlı güclü bəyanat səsləndirib. Əgər təsdiq olunarsam, Azərbaycanda güclü, müstəqil və müasir demokratiyaya nail olmaq üçün əlimdən gələni edəcəyəm.

Daha təhlükəsiz və inkişaf edən bir gələcəyə sahib olmaq üçün ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsindən daha təcili prioritetə malik olan heç nə yoxdur.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi, ABŞ tərəflərə gücdən istifadə etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını həll etməsi prinsipləri də daxil olmaqla Helsinki final aktını prinsiplərinə əsaslanan danışıqlar yolu ilə münaqişənin həll edilməsi üçün köməyini davam etdirir.

Əgər təsdiq olunarsam, bu məqsədə çatmaq üçün Administrasiyanın tapşırıqlarına yüksək səviyyədə dəstək verəcəyəm.

Mən həmçinin tərəflərin razılığa gəlməsi üçün birlikdə yaxından çalışdığımız ABŞ-dan olan həmsədr səfir Robert Bradkenin də səylərini də dəstəkləyəcəyəm.

Prezident, dövlət katibi və Rober Bradtke məsələnin həllində irəliləyiş əldə etmək üçün böyük səylər göstərib. Biz bu səyləri davam etdirməliyik. Yalnız danışıqlar yolu ilə əldə edilmiş həll regionda uzunmüddətli sülhə və sabitliyə gətirib çıxara bilər.

Əgər mən təsdiq edilərəmsə, Azərbaycanın müstəqilliyini elan etməsindən sonra 20 il ərzində davamlı və fasiləsiz inkişaf edən münasibətləri irəli aparmaqdan böyük şərəfə nail olaram.

Bizim geniş ortaq maraqlarımız Birləşmiş Ştatların yüksək xarici siyasət prioritetləri ilə kəsişir. Bununla belə hökumətlərimizi, cəmiyyətlərimizi, və xalqlarımızı daha da yaxınlaşdırmaq üçün hələ də görüləcək çox iş var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR