ATƏT Azərbaycanda prezident seçkilərini izləmək üçün dəvət gözləyir

ATƏT Azərbaycanda prezident seçkilərini izləmək üçün dəvət gözləyir
# 14 iyun 2012 08:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. ATƏT Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkilərini izləmək istəyir. APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Bahar Muradova ilə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor səsləndirib.

O, 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak üçün dəvət gözlədiklərini bildirib. ATƏT sədri növbəti prezident seçkilərində də ötən illərdəki seçkilərdə əldə olunan nailiyyətlərin təkrarlanmasına ümidvar olduğunu bildirib.

B. Muradova isə bildirib ki, bütün beynəlxalq təşkilatlar kimi, ATƏT də seçkiləri izləmək üçün dəvət olunacaq: “Seçki monitorinqi arasındakı fərqlər hər zaman Azərbaycanı da narahat edir və vahid seçki monitorinqinin formalaşması üçün ciddi işlər görülməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR