ATƏT sədri: “Azərbaycanda “Diffamasiya haqqında” qanun tezliklə qəbul olunmalıdır”

ATƏT sədri: “Azərbaycanda “Diffamasiya haqqında” qanun tezliklə qəbul olunmalıdır”
# 14 iyun 2012 09:12 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor Milli Məclisdə vitse-spiker Bahar Muradova ilə görüşündə deyib.

ATƏT sədrinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda qeyd olunan qanunu hələlik qəbul etməyən yeganə ölkədir: “Ona görə hesab edirəm ki, artıq Azərbaycanda da belə bir qanunun qəbulu vacibdir və onun reallaşdırılması tezləşdirilməlidir”.

B. Muradova isə deyib ki, bu qanunun qəbulu ilə bağlı Azərbaycanda iş gedir: “Bizdə yetərli siyasi iradə var ki, bu qanunu qəbul edək. Amma Avropa Şurasının üzvü olan 25 ölkə var ki, onlarda da bu qanun hələ qəbul olunmayıb. Bizə də maraqlıdır ki, niyə bu barədə onlarda iş getmir?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR