AŞPA həmməruzəçisi Jozef Debono Qrex: “Qubada bu utancverici hadisələri törədənlər həyatda olmasalar belə, qınanmalıdır”

AŞPA həmməruzəçisi Jozef  Debono Qrex: “Qubada bu utancverici hadisələri törədənlər həyatda olmasalar belə, qınanmalıdır”
# 14 iyun 2012 13:18 (UTC +04:00)
Onlar Quba rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevlə görüşüblər. Quba RİH-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, icra hakimiyyətinin başçısı qonaqlara Quba rayonunun tarixi və sosial iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.

Qonaqlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının şahidi olan kütləvi məzarlığı ziyarət ediblər. Jozef Debono Qrex jurnalistlərə açıqlanmasında baş verənlərin utancverici bir hadisə olduğunu bildirib: “Bu məzarlıq böyük bir fəlakətdir. Belə hadisənin baş verməsi utancverici bir hadisədir. Bu hadisəni törədən insanlar bu gün həyatda yaşamır. Amma onlar həyatda olmasalar da, qınanmalıdırlar. Olar bilər ki, öz məruzəmizdə bu məsələni də qeyd edək. Amma konkret fikir bildirməyəcəyik”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Qubaya səfərləri çərçivəsində rayonda fəaliyyət göstərən bələdiyyələr və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə də görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR