ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə məktub göndərib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanın xarici işlər nazirinə məktub göndərib
# 14 iyun 2012 16:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç iyunun 12-də Azərbaycan parlamentində “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət reyestri və dövlət qeydiyyatı haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən dəyişikliklərlə bağlı narahatlığını ifadə edib.

APA-nın məlumatına görə, D.Miyatoviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunda bildirib ki, bu dəyişikliklər KİV və cəmiyyətin informasiyaya çıxış imkanlarını pisləşdirəcək.

ATƏT rəsmisi fotoreportyor Mehman Hüseynovun saxlanılması və İranın “Səhər” telekanalının müxbiri Anar Bayramovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi faktlarından da narahatlığını dilə gətirib.

D. Miyatoviç Azərbaycan hökumətini bu neqativ halları aradan qaldırmaq üçün bütün mümkün üsullardan istifadə etməyə çağırıb: “ATƏT-in söz azadlığı üzrə nümayəndəsinin ofisi bu məsələdə kömək göstərməyə hazırdır”.

Qeyd edək ki, M. Hüseynov artıq sərbəst buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR