Moskvada “Rusiya - Azərbaycan inkişaf yolunda” adlı elmi-praktiki konfrans keçirilib - FOTOSESSİYA

Moskvada “Rusiya - Azərbaycan inkişaf yolunda” adlı elmi-praktiki konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 iyun 2012 07:27 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskva şəhərində “Rusiya - Azərbaycan inkişaf yolunda” adlı elmi-praktiki konfrans keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) təşkilatçılığı ilə Moskva Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələri barədə müzakirələr aparılıb.

15 iyun - Qurtuluş Gününə və Rusiya dili gününə həsr olunmuş elmi praktik konfransda çıxış edən ÜAK-ın baş katibi Mikayıl Hüseynov Rusiya ilə Azərbaycanın dostluq əlaqələrindən danışıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu konfransın vacibliyini vurğulayaraq, Azərbaycan xalqının tarixinə Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 19 il keçdiyini və həmin gündən bəri ötən 19 ilin xalqın yaddaşında böyük dəyişikliklərlə həkk olunduğunu bildirib.

Elmi-praktiki konfransda Azərbaycanın millət vəkilləri Rasim Musabəyov, Mixail Zabelin, Ceyhun Osmanlı, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycanın yürütdüyü daxili və xarici siyasətdən söz açaraq, Rusiya-Azərbaycan əlaqələrinin gələcəkdə də uğurla inkişaf etdiriləcəyini söyləyiblər.

Konfransda iştirak edən rusiyalı ekspertlər Azərbaycanın hər bir sahədə uğurlu inkişafını yüksək qiymətləndiriblər. Bu günlərdə başa çatan və Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” mahnı müsabiqəsindən də danışan ekspertlər təşkilatçılığın ən yüksək səviyyədə olduğunu söyləyiblər.

Sonda ÜAK adından Rusiyanın bir sıra ali təhsil ocaqlarında əlaçı oxuyan rusiyalı tələbələrə Azərbaycana aid tədbirlərdə fəal iştiraklarına görə diplom və hədiyyələr təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR